Autsayderlərin duelində qonaqlar qələbə qazanıb - Azərbaycan Premyer Liqası - ednews.net

28 Yanvar, Şənbə

(+994 50) 229-39-11

Autsayderlərin duelində qonaqlar qələbə qazanıb - Azərbaycan Premyer Liqası

İdman A- A A+
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.
 
Ednews-un məlumatına görə, "Kəpəz" Gəncədə "Sumqayıt"ı qəbul edib. Autsayderlərin duelində qonaqlar minimal hesablı qələbə qazanıb. Yeganə qolu 89-cu dəqiqədə kapitan Vurğun Hüseynov vurub.
 
84-cü dəqiqədə "gənclik şəhəri" təmsilçisinin yarımmüdafiəçisi Vurğun Hüseynov ikinci vərəqəni alaraq meydandan qovulub.
 
Bu nəticədən sonra "sarı-göylər" 10 xalla 9-cu, "gənclik şəhəri" təmsilçisi isə 9 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.
 
Tura bu gün saat 17:00-da başlayacaq "Zirə" - "Turan Tovuz" matçı ilə yekun vurulacaq.
 
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Neftçi”ni 4:0, “Qəbələ” “Səbail”i 2:1 hesabı ilə üstələyib, “Şamaxı” Bakıda “Sabah”la heç-heçə edib - 1:1.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...