“Zirə” “Neftçi”ni, “Qarabağ” “Qəbələ”ni qəbul edəcək - ednews.net

3 Fevral, Cümə

(+994 50) 229-39-11

“Zirə” “Neftçi”ni, “Qarabağ” “Qəbələ”ni qəbul edəcək

İdman A- A A+
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.
 
Ednews xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
 
Günün birinci matçında “Neftçi” “Zirə”nin qonağı olacaq. Komandalar indiyədək ölkə kuboklarında səkkiz dəfə üz-üzə gəliblər. Bunların üçündə “qartallar”, ikisində “ağ-qaralar” qələbə qazanıblar. Üç oyunda isə qalib müəyyənləşməyib.
 
Topların nisbətində isə “Neftçi” üstündür - 8:6. Cavab qarşılaşması dekabrın 20-də baş tutacaq.
 
Digər görüşdə “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Bölgə təmsilçiləri Azərbaycan Kubokunda 13 dəfə qarşılaşıblar. Bunların altısında “köhlən atlar”, ikisində “qırmızı-qaralar” sevinən tərəf olub, beş dueldə isə heç-heçə qeydə alınıb.
 
Ölkə çempionu topların nisbətində isə aşkar üstünlüyə malikdir - 22:9. Cavab matçı dekabrın 19-da Qəbələdə keçiriləcək.
 
Azərbaycan Kuboku
 
1/4 final mərhələsi
 
İlk oyunlar
 
8 dekabr
 
18:00. “Zirə”-“Neftçi”
 
“Zirə” İK stadionu
 
20:30. “Qarabağ”-“Qəbələ”
 
“Azersun Arena”
 
Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu dekabrın 9-da olacaq. “Kəpəz” “Turan Tovuz”u, “Səbail” isə “Sabah”ı qəbul edəcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...