Futbol üzrə dünya çempionatı artıq sona yaxınlaşmaqdadır.
Bu gün mundialda ¼ final mərhələsinə start verilir. Əvvəlcə meydana Xorvatiya və Braziliya komandaları çıxacaqlar. Xorvatiya-Braziliya görüşündə azarkeşlər möhtəşəm və barışmaz mübarizənin şahidi olacaqlar. Oyun Bakı vaxtı ilə saat 19-da başlayacaq.
Bakı vaxtı ilə saat 23-də isə digər ¼ final qarşılaşması başlayacaq. Lusail şəhərindəki milli stadionda Niderland və Argentina milliləri qarşılaşacaq. Niderland dünya çempionatlarındakı sindromu qıracaqmı, yoxsa Messi və komanda yoldaşları yenə də bu yığmanın titul arzusunu ürəyində qoyacaq?
Bütün suallara axsamkı Niderland-Argentina oyununda aydınlıq gələcək.