İngiltərə millisində qalmaqal - Geri qayıtmayacaq... - ednews.net

2 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

İngiltərə millisində qalmaqal - Geri qayıtmayacaq...

İdman A- A A+
İngiltərə millisinin üzvü Ben Uaytın yığmanın Qətərdəki düşərgəsini tərk etməsinin əsl səbəbi bəlli olub. 
 
Ednews "Daily Star"a istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi millinin baş məşqçisi Qaret Sautqeytin köməkçisi Stiv Hollandla yola getməyib.
 
Mənbənin məlumatına görə, futbolçu komandadakı durumundan narazı olub. Meydana çıxmaq şansı qazanmayan Uayt ABŞ-la oyun öncəsi futbolçuların yanında Hollandla dalaşmağa cəhd edib. 
 
Bundan sonra onun millidən uzaqlaşdırılması ilə bağlı qərar qəbul edilib. Futbolçu Qətərə qayıtmayacaq. 
 
Qeyd edək ki, İngiltərə Futbol Assosiasiyasının rəsmi sayt Uaytın şəxsi səbəblərə görə İngiltərəyə qayıtdığını açıqlamışdı. 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...