Futbol üzrə dünya çempinatında bu gün növbəti yarımfinalçılar müəyyənləşəcək.
İlk oyun Mərakeş və Portuqaliya yığmaları arasında keçiriləcək. “El Tumama” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 19-da başlayacaq.
Günün digər oyunu afişa baxımından daha çox diqqəti cəlb edir. Dünya futbolunun iki nəhəngi İngiltərə və Fransa mundialın yarımfinalına adlamaq üçün qarşılaşacaq.
“Əl Beyt” stadionunda keçiriləcək bu möhyəşəm qarşılaşma Bakı vaxtı ilə saat 23-də başlayacaq.