"Fənərbaxça"nın sabiq baş məşqçisi Vitor Pereyra yenidən Braziliyada çalışacaq.
Ednews xəbər verir ki, portuqaliyalı mütəxəssis "Flamenqo"nu çalışdıracaq. Bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
54 yaşlı mütəxəssislə 2023-cü ilin sonuna kimi sözləşmə imzalanıb.
Qeyd edək ki, Vitor Pereyranın son iş yeri Braziliya "Korintians"ı olub.