Məhəmməd Salah Dalqlişin uğurunu təkrarlayıb - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Məhəmməd Salah Dalqlişin uğurunu təkrarlayıb

İdman A- A A+
İngiltərə "Liverpul"unun futbolçusu Məhəmməd Salah Kenni Dalqlişin uğurunu təkrarlayıb.
 
Ednews-un məlumatına görə, 30 yaşlı hücumçu buna Premyer Liqanın XVII turunda "Aston Villa"nı 3:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənməklə nail olub.
 
Dalqliş və Salah 172 qolla Mersisayd təmsilçisinin bombardirləri siyahısında yeddinci yerdədirlər. Şotlandiyalı forvard 515, misirli oyunçu isə 277-ci matçda bunu bacarıb.
 
"Liverpul" tarixində ən çox qol vuran futbolçu isə İan Raşdır. 61 yaşlı keçmiş hücumçu 660 qarşılaşmada 346 dəfə fərqlənib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...