"Səbail"in yeni baş məşqçisi müəyyənləşib.
Ednews xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin məlumatında bildirilib.
Məlumata görə, bu vəzifəyə Şahin Diniyev təyin edilib. Onunla 2023/2024-cü illər mövsümünün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Ş.Diniyev “Səbail”də ötən gün istefa verən Mahmud Qurbanovu əvəzləyib.
Qeyd edək ki, Şahin Diniyev daha əvvəl baş məşqçi kimi “Terek” (Qroznı, Rusiya), “Qarabağ”, “Kəpəz”, “Rəvan” komandalarını və Azərbaycan milli komandasını çalışdırıb. Mütəxəssis son olaraq AFFA-nın Məşqçilər Komitəsinin üzvü kimi fəaliyyət göstərib.