Hazırda azad agent olan Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Avropa komandalarının birinin oyunçusu ola bilər.
Ednews xəbər verir ki, bu barədə qətərli insayder Mohammed Al-Kaabi sosial şəbəkə hesabında yazıb.
Bildirilib ki, 37 yaşlı oyunçunun agenti Xorxe Mendes hazırda Çempionlar Liqasında çıxış edən Avropa klubundan təklif aldıqdan sonra "Əl Nəsr"lə danışıqları dayandırıb.
Qeyd edək ki, daha əvvəl Ronaldonun "Əl-Nəsr"lə müqavilə imzalamağa yaxın olduğu bildirilib.