"Qarabağ" Türkiyəyə yola düşdü - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

"Qarabağ" Türkiyəyə yola düşdü

İdman A- A A+

Azərbaycan Premyer Liqasının son çempionu, hazırda turnir cədvəlinə liderlik edən "Qarabağ" qış fasiləsindəki təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.

Ednews xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qurban Qurbanovun komandası qış təlim-məşq toplanışı üçün Antalya şəhərinə yola düşüb. "Qarabağ" heyətini daşıyan təyyarə səhər saatlarında havaya qalxıb.

Qeyd edək ki, Ağdam təmsilçisi Antalyada 3 yoldaşlıq oyunu keçirəcək. Komanda yanvarın 13-də Polşa "Rakuv"u ilə üz-üzə gələcək. "Qarabağ" yanvarın 18-də iki görüş keçirəcək. Əvvəlcə Serbiya "Çukariçki"si ilə qarşılaşacaq kollektiv ardınca Polşanın digər təmsilçisi "Poqon"u sınağa çəkəcək. Təlim-məşq toplanışı yanvarın 23-dək davam edəcək.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...