"Qarabağ"ın hücumçusu Kvabena Ovusunun Macarıstanın “Ferentsvaroş” klubundan təklif alması barədə məlumat vermişdik. Artıq futbolçu komanda ilə danışıqları yekunlaşdırıb və hətta Budapeştə yollanaraq ilkin müqavilə də bağlayıb.
Ednews xəbər verir ki, qanalı forvard yeni komandasına yayda qoşulacaq.
Onun Ağdam təmsilçisi ilə müqaviləsi məhz həmin vaxt başa çatacaq.
Qeyd edək ki, "Qarabağ" Kvabena Ovusunu 2020-ci ilin yanvar ayında İspaniyanın "Leqanes" klubundan transfer edib. Futbolçu cari mövsümdə Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 33 matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.