“Neftçi” qış fasiləsində növbəti transferinə hazırlaşır.
Ednews xəbər verir ki, paytaxt təmsilçisi fransalı yarımmüdafiəçi Kelan Lebonla anlaşıb.
Razılaşmaya əsasən futbolçu “Neftçi” ilə 1,5 illik müqaviləyə imza atacaq. Fransalı futbolçu 2022-ci ildən Qazaxıstanın “Astana” klubunun formasını geyinir.
Onun komanda ilə müqaviləsi olduğu üçün “Neftçi” bu keçidə görə müəyyən məbləğ ödəyəcək. Kelan Lebon karyerası ərzində yerli “Amiens”, Paris”, “Kambli”, “Qazelek Ayaçço” və “Kreteil”lə yanaşı, Niderlandda “Utrext” və Bolqarıstanda “Beroe”nin şərəfini qoruyub.