Azərbaycanın "Olimpik Şəki" klubu qış transfer pəncərəsində heyətini yeni oyunçu ilə gücləndirib.
Ednews Azərbaycan Basketbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi Larri Robinsonu transfer edib.
İdmançının özü ilə eyni ad-soyadı daşıyan atası Larri Robinson 1993/1994 mövsümündə əfsanəvi "Hyuston Rokets"də Milli Basketbol Liqasının (NBA) çempionu olub.
Qeyd edək ki, Larri Robinson sonuncu görüşdə "Sabah" klubuna qarşı 18 xal və 2 asist ilə komandasının ən məhsuldar basketbolçusu seçilib.