"Əl-Nəsr" futbolçusu Kriştiano Ronaldonun karyerasını Səudiyyə Ərəbistanında başa vurmasını istəyir.
Ednews xəbər verir ki, portuqaliyalı hücumçunun klubla müqaviləsi 2025-ci ilin iyununa qədər qüvvədədir.
ESPN yazıb ki, müqavilənin bitdiyi vaxt Kriştianonun 40 yaşı olacaq və "Əl-Nəsr" rəhbərliyi hesab edir ki, oyunçunun karyerasını başqa liqada bitirmək ehtimalı azdır.
Portuqaliyalı futbolçu müqavilə müddəti başa çatdıqdan sonra karyerasını davam etdirmək istəsə, "Əl-Nəsr" onunla müqaviləni uzatmağı istisna etmir.
"Əl-Nəsr" Səudiyyə Ərəbistanında və bütün Asiyada futbolun flaqmanı olmaq üçün Ronaldonun "Mançester Yunayted", "Real" və "Yuventus"dakı təcrübəsindən istifadə etmək niyyətindədir.