Rusiyalı məşhur şahmatçı Aleksandra Qoryaçkina vətəndaşlığını dəyişdimək istədiyini etiraf edib.
Ednews gazeta.ru-ya istinadən xəbər verir ki, o, qeyd edib ki, son altı ayda Rusiya Şahmat Federasiyası nədənsə mənə məhəl qoymur. Keçən il maliyyəsiz “kollektor” olmuşam.
“Düşünürdüm ki, hər kəs üçün belədir. Amma keçən il Namizədlər Turnirindən əvvəl bildim ki, bu hər kəs üçün belə deyil. Ondan əvvəl Rusiya çempionatı var idi, orada oynamaq istəyirdim. Amma heç məndən soruşmadılar və sadəcə olaraq mənim üstündən xətt çəkdilər”.
A.Qoryaçkina əlavə edib ki, bu qlobal ədalətsizlikdən beynimdən bir fikir keçdi:
“Vətəndaşlığımı və yaşayış yerini dəyişmək”.
Qeyd edək ki, 24 yaşlı idmançı Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən çinli Hou Yifandan sonra ikinci yerdədir.
Xatırladaq ki, fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək onlara Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə etmişdi.
Vəfa