“Qarabağ” Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçika “Gent”inə qarşı oyun keçirəcək. Ötən həftə keçirilən oyunda “Qarabağ” doğma meydanında 1-0 hesabla qalib gəlmişdi.
Maraqlıdır ki, səfər oyununda “Qarabağ” necə oyun sərgiləyəcək?
Mövzu ilə bağlı Ednews-a futbol şərhçisi, keçmiş baş məşqçi Şahin Diniyev bildirib ki, “Qarabağ”ın evdə göstərdiyi oyun bizi bu oyuna nikbin baxmağımıza imkan yaradır.
“Ötən oyunda “Qarabağ” hər sahədə “Gent”-i üstələdi. İkinci hissədə daha da özünü göstərdi. Məncə “Qarabağ” səfərdə daha yaxşı oyun nümayiş etdirəcək. Çünki boş zonalar var”.
Şərhçinin fikrincə bu boşluqlardan legionerlər Zubir, Andrade maksimum yararlanmağa çalışacaqlar.
Ayan Rzayeva