Qarabağ"ın futbolçusu Marko Yankoviç zədələnib.
Ednews xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 10-cu turunda "Turan Tovuz"la səfər matçından (2:2) sonra təşkil olunan mətbuat konfransında danışıb.
O, 28 yaşlı yarımmüdafiəçinin Monteneqro millisinin heyətində zədələndiyini bildirib: "Marko Yankoviç millidə zədələnib. 1-2 həftə bizimlə olmayacaq".
Qeyd edək ki, 2022-ci ilin yayından Ağdam təmsilçisinin formasını geyinən Marko Monteneqro millisinin Livanla yoldaşlıq oyunu və Avro-2024-ün seçmə mərhələsində Serbiya ilə matçı üçün yığmaya dəvət almışdı.