Türkiyə Superliqasında 24-cü turun oyunları keçirilir.
Ednews xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" bu gün "Fatih Karagümrük"ü qəbul edib.Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Hatayspor" - "Fatih Karagümrük" - 3:1
Qollar: Massanqa, 41 (1:0), Strandberq, 51-pen. (2:0), Lasaqna, 86 (2:1), Massanqa, 90+5 (3:1)
Renat oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 89-cu dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, "Hatayspor" 28 xalla 12-ci, "Fatih Karagümrük" 24 xalla 16-cıdır. Siyahıya 60 xalla "Fənərbaxça" başçılıq edir.