Çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov beynəlxalq turnirə təyinat alıb.
Ednews xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
İ.Məmmədov FİFA tərəfindən keçiriləcək “FIFA Beach Soccer World Cup UAE 2024” turnirinin oyunlarını idarə edəcək. Turnir fevral 15-dən 25-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.