Yurgen Klinsman Cənubi Koreya milli komandasının baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.
Ednews xəbər verir ki, bu barədə Koreya Futbol Assosiasiyasnın (KFA) prezidenti Çunq Monq-kyu qurumun rəhbər heyəti ilə 2 saatlıq toplantıdan sonra keçirdiyi mətbuat konfransında açıqlayıb.
Tanınmış mütəxəssisin vəzifəsindən uzaqlaşdırılmasının səbəbi Qətərdə keçirilmiş Asiya kubokunda Cənubi Koreya milli komandasının uğursuz iştirakıdır. Klinsmanın komandası yarımfinal mərhələsində reytinq cədvəlində özündən 64 pillə aşağıda olan İordaniyaya məğlub olaraq, Cənubi Koreyanın Asiya çempionu olmaq arzusunun üstündən xətt çəkib.
Qeyd edək ki, Almaniya futbol tarixinin ən yaxşı oyunçularından olan Yurgen Klinsman oyunçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayıb. Ötən müddətdə Almaniya (2004-2006) və ABŞ millisinin (2011-2016), habelə “Bavariya” (2008-2009) və “Herta” (2019-2020) komandalarının baş məşqçisi olub. O, dünya (2010, 2018, 2022) və Avropa (2020) çempionatları üçün ESPN və BBC televiziya kanallarında mütəxəssis kimi çalışıb.