Florian Virts klubu “Bayer 04”ə “Liverpul”a keçmək niyyətində olduğunu bildirib.
“EDnews” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkədə yazıb.
“Florian Virtz “Bayer Leverkuzen”ə “Liverpul”a keçmək istəyini çatdırıb”, – jurnalist yazıb.
Onun sözlərinə görə, “müqavilə razılaşması əldə olunub, möhürlənib”, çünki almaniyalı yarımmüdafiəçi “yalnız “Liverpul”a keçmək istəyir”.
“Əvvəllər açıqlandığı kimi, klublar arasında danışıqlar artıq gedir, LFK razılaşmanı tezliklə tamamlayacağına əmindir. Uzun çəkməyəcək”, – Romano vurğulayıb.