"Eurasia Diary" "Sky Sport"a istinadən məlumat verir ki, Fransa İdman Nazirliyi ölkədə MMA döyüşlərinin keçirilməsinə qadağa qoyub.
Belə ki, məlumatda döyüşlərin rinqdə və ya xalça üzərində keçiriləcəyi qeyd olunub. Yeni qərara əsasən, qaydalarda bir sıra dəyişikliklər edilib. Rəqibin başına, ənsəsinə, boğazına, onurğa sütununa zərbə vurmaq, diz və dirsəklə zərbə endirmək, barmaqla ağız və burun nahiyəsindən xəsarət yetirmək qadağan olunub. Nazirlik bu cür hallar baş verəcəyi təqdirdə həmin idmançının diskvalifikasiya olunacağını qeyd edib.
Qeyd edək ki, Fransa MMA İttifaqının prezidenti Bertran Amossu nazirliyin bu cür qərar verməsini hörmətsizlik adlandırıb və bu səbəbdən məhkəməyə müraciət edəcəklərini bildirib.