Plovdiv şəhərindən uçan "Spartan" İtalyan hərbi təyyarəsi Bolqarıstanın paytaxtı Sofiyanın aeroportunda təcili eniş edib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təcili eniş barədə sorğu daxil olduqdan sonra dərhal təcili eniş halında tətbiq edilən iş planı aktivləşdirildi.
Uçuş-enmə zolağına yanğınsöndürənlər və həkimlər yönəldildi.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayib.