ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-si onun inaqurasiya mərasimini boykot edəcək şəxslərdən aldıqları biletləri geri qaytarmağı tələb edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, yerli telekanallardan birinə müsahibəsi zamanı deyib.
“İnaqurasiya mərasiminə qatılmayacaq şəxslərə gəlincə, bizə biletlər çox lazımdır. Ümid edirəm ki, onlar biletlərini geri qaytararlar”.
Trampın inaqurasiya mərasimini 42 konqresmen boykot edəcək.