"Eurasia Diary"nin Yeni Şafak-a istinadən verdiyi məlumata görə, Türkiyə və Pakistanın dövlət rəsmiləri İslamabad şəhərində BMT ilə əlaqədər olan məsələlər barədə müzakirələr aparıblar.
Müzakirələrdə Türkiyə Xarici İşlər Nazirliyinin Siyasi Məsələlər şöbəsinin rəhbəri Hasan Ulusoy və Pakistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Asim İftikhar iştirak edib.
Hər iki ölkənin nümayəndələri BMT Təhlükəsizlik Şurası, insan haqları və humanitar yardımlar, qaçqınlar, ECOSOC çərçivəsində əməkdaşlıq, dayanıqlı inkişaf, Siyasi, sülh və təhlükəsizlik, terrorizm, İslamafobiya və dini diskriminasiyaya qarşı mübarizə haqqında məsələləri müzakirə ediblər.
Hər iki tərəf iki ölkə arasında olan ikitərəfli əlaqələri xoş qarşıladığını və BMT-də bir çox məsələlərdə yaxın əməkdaşlıq edəcəklərini açıqlayıblar və bu əməkdaşlığı daha da gücləndiricəklərinə söz veriblər.
Xatırladaq ki, Pakistan və Türkiyə arasında BMT ilə əlaqədər müzakirələrin birinci raundu Ankara şəhərində keçirilib.
Yunis Abdullayev