"Eurasia Diary"nin Vestnik Kavkaza-ya istinadən verdiyi məlumata görə, Suriya Xarici İşlər nazirinin birinci müavini Faisal Mekdad açıqlayıb ki, Əsəd hökumətinin ABŞ rəsmilərinin Astanada keçiriləcək danışıqlarda iştirak etməsinə etiraz etmir. O deyib ki, “ABŞ Suriya münaqişəsinin həll edilməsində öz səmimiyyətini nümayiş etdirməlidir”.
Faisal Mekdad onu da bildirib ki, “Amerika mütəffiqləri-Səudiyyə Ərəbistanı və Qatara terrorçuları maliyyələşdirməyi və silahla təmin etməyi dayandırmaqda təzyiq etməlidir”.
Yunis Abdullayev