İnaqurasiya ərəfəsində "impiçment" söhbəti The Guardian

Dünya 20:21 18.01.2017

"The Guardian" yazır ki, The Apprentice televiziya yarışının keçmiş iştirakçısı bir vaxtlar həmin verilişi aparmış Donald Trampı böhtan iddiası ilə məhkəməyə verir.

Bu qadın Donald Trampı onu əlləşdirməkdə və aqressiv şəkildə öpməkdə ittiham edəndən sonra, milyarder onu "yalançı" adlandırmışdı.

İndi xanım Summer Zervos Trampı məhz bu "yalançı" sözünə görə məhkəməyə çəkir. O iddia edir ki, Trampın onu yalançı adlandırması onun "reputasiyasına zərbə vurub". Xanım Zervos indi Donald Trampın onun ittihamlarını boynuna almasını tələb edir.

Onun vəkili Gloria Allred məhkəməyə Trampın inaqurasiyasına 3 gün qalanda müraciət edib.

Xanım Zervos jurnalistlərə deyib ki, Tramp onun ittihamlarını boynuna alsa, heç maliyyə kompensasiyası da istəmədən şikayətini geri götürəcək.

"The Guardian" yazır ki, New York məhkəməsinə təqdim edilmiş 20 səhifəlik iddia Birləşmiş Ştatların gələcək ali baş komandanına qarşı ittihamlarla doludur.

Vəkil bildirir ki, Trump iddiaları yalan adlandırmaqla özü yalan danışıb.

Veteran qadın müdafiəçisi kimi tanınan Allred deyib ki, Zervos şənbə günü Washington-da keçiriləcək anti-Tramp yürüşünə qatılacaq.

Vəkil xatırladıb ki, 1994-cü ildə Paula Jones-un şikayət ərizəsi az qala prezident Bill Clinton-un impiçmenti ilə başa çatacaqdı.

Tramp sözçülərindən Hope Hicks "The Guardian" qəzetinə email-də iddiaların əsassız olduğunu yazıb.

Bir çox təhlilçilər bildirirlər ki, bu məhkəmə işinin nəticəsi hələlik açıq sual olaraq qalır.

Lakin vəkil bildirir ki, bu ölkədə qanun hamıdan yüksəkdə dayanır və Trump bu məhkəmədəki suallara yataq otağında Tvitterdən yox, dinləmə zalından cavab verməli olacaq.

Hər kəs öz kompromatını özü yaradır. Sevə-sevə…

"The İndependent" qəzeti yazır ki, təkcə prezidentlərə yox, lazım olsa, elə hamımıza kompromat tapılar.

Məqalədə deyilir ki, sevgi və ya evlilik münasibətləri zamanı açdığınız intim və xəlvət sirləriniz potensial təhlükə daşıyıcısıdır, çünki ən əziz və doğma münasibətlər də bir gün pozula bilər.

Ömür-gün yoldaşınıza, qəlb dostunuza açdığınız şəxsi sirlər bir gün əleyhinizə çevrilə bilər.

Elə Donald Trampın təcrübəsi də göstərir ki, iki ingilis sözündən (compromising material) düzəldilmiş bir rus sözü - "kompromat" ictimai həyatınızda ən təhlükəli nəticələrə səbəb ola bilər.

Qəzet yazır ki, dünyada heç də hamının alnına ən böyük ölkənin prezidenti olmaq yazılmayıb, lakin hər birimizin elə sirr olaraq qalmalı məlumatlarımız var.

İnsanlar sevgi və ya evlilik münasibətlərində olarkən çox vaxt partnyorlarına müdirləri, dostları, yaxın qohumları haqqında gileylənir, qiybət qırırlar.

Amma hər dəfə belə söhbətlər edəndə gözünüzün qabağına gətirin ki, bir gün sevgiliniz "keçmiş sevgiliyə" çevrilə bilər. Bu zaman dedikləriniz, donquldandıqlarınız da kompromata çevrilməzmi?

Söhbət xüsusilə də bir-birinizə göndərdiyiniz seksual məzmunlu SMS-lərdən və ya sekstlərdən, intim fotolardan gedir.

"The İndependent" yazır ki, bəzi aşırı açıq və səmimi adamlar kiminləsə münasibətlərinin çox erkən mərhələsində öz sirlərini aşırı açıqlıqla paylaşırlar.

Kiminsə barəsində yazdığınız SMS-dən az sonra hirsiniz soyuyar, hətta belə düşündüyünüzə peşman da ola bilərsiniz. Lakin bu peşmançılıq potensial kompromatı silə bilmir.

Tanışlıq və münasibətlər psixoloqu Madeleine Mason "The Independent" qəzetinə deyib: "Özünüzə belə bir sual verin: Bu göndərdiyimi ailəm və həmkarlarım görsə, necə olar? Cavab "pis"dirsə, bunu etməyin".

Ekspert deyir ki, əlbəttə, "dilin ucuna gələni saxlamaq" müəyyən mənada "çılğınlığa nəzarətin" vərdişə çevrilməsini tələb edir.

Xanım Mason xüsusilə də virtual kommunikasiyalara ehtiyatla yanaşmanı məsələhət görür: "Unutmayın ki, göndərdiyiniz, forvard etdiyiniz, paylaşdığınız material da kompromat ola bilər".

Bunu da yadda saxlayın ki, Snapchat və Skype zəngləri yazıla bilər.

Bir anlıq göz önünə gətirin ki, bu kommunikasiyalarda dediklərinizi və görüntülədiyiniz videoları, fotoları paylaşa bilərlər.

Əlbəttə, sevdiyiniz və ya ünsiyyətdə olduğunuz ləyaqətli insan balası, mələk övladı olsa da, heç nəyə heç vaxt tam qarantiya yoxdur.

Əgər belə çox sevirsinizsə, yazır "The İndependent", heç olmasa münasibətlərinizin erkən dövründə bir az ağzıbütöv olun.

Axı bir 20 ildən sonra siz də prezident ola bilərsiniz.

 

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Hamısı