ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp kənd təsərrüfatı naziri postuna namizədini açıqlayıb.
Axar.az xəbər verir ki, Corciya ştatının sabiq qubernatoru, 70 yaşlı Sonni Perdyu bu posta seçilə bilər.
Əsl ixtisası baytar olan Perdyu 2003-2011 illərdə qubernator vəzifəsində çalışıb.
Bundan əlavə o, seçki kampaniyasında Trampın kənd təsərrüfatı üzrə nümayəndəsi olub.
Sonni Perdyunun bu vəzifəyə seçilə bilməsi üçün Senatın təsdiqi lazımdır.
Xatırladaq ki, sabah Donald Tramp 45-ci ABŞ prezidenti kimi vəzifəsinin icrasına başlayacaq.