Braziliyada göyərtəsində Ali Məhkəmənin hakimi olan təyyarə qəzaya uğrayıb.
Braziliyanın Federal Ali Məhkəməsinin üzvü Teori Zavaskinin olduğu təyyarə Rio-de-Janeyro yaxınlığında dənizə düşüb.
Təyyarədəki 4 sərnişinin taleyi barədə məlumat yoxdur.
Məlumata görə, hakim Teori Zavaski Braziliyanın icra və qanunverici orqanlarının Petrobras neft-qaz şirkətində korrupsiya əməllərində iştirakı ilə bağlı təhqiqatlar aparırmış.