Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri Qırğızıstanın "Manas" hava limanının yaxınlığında qəzaya uğramış Türkiyəyə məxsus “Boeing 747-400” yük təyyarəsinin "qara qutu"larını açmağa başlayıblar.
Qeyd edək ki, yanvarın 16-da səhər saatlarında Türkiyəyə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfər həlak olub.