Bu gündən Türkiyənin paytaxtı İstanbulda taksidən istifadə üçün minimum ödəniş məbləğinin müəyyən edilməsi ilə bağlı yeni qayda qüvvəyə minib.
Yeni qaydanı İstanbul şəhər bələdiyyəsi təsdiqləyib.
Bundan sonra taksi ilə 2,5 km-dən az məsafə qət edən sərnişinlərə “mindi-düşdü” tarifi tətbiq ediləcək. Bu tarifə görə, onlar taksi ilə 500 metr də hərəkət etsələr minimum 8,7 lirə (4,2 manat) ödəməli olacaqlar.
2,5 km-dan artıq məsafələr üçün isə xidmət haqqı hər km-ə 2,1 lirə (1 manat) olmaqla hesablanacaq. Bu məbləğin üzərinə, həmçinin taksometrin açılması qiyməti – 3,45 lirə (1,7 manat) də əlavə ediləcək.