Hər zaman ehtiyacı olanlara etdiyi yardımlarla fərqlənən Türkiyəli aktyor Kənan İmirzalıoğlu növbəti dəfə alqışa layiq jest edib.
Bütün xeyirxah əməlləri ictimaiyyətdən gizli edən aktyorun ötən ay iki şəhid ailəsinə maddi yardım etdiyi məlum olub.
Belə ki, o 43 min lirə kirayə haqqı olan iki mənzilin ödəniş haqqını şəhid ailələrinə ömürlük bağışlayıb.