ABŞ-ın Missisipi ştatında baş verən qasırğa nəticəsində 4 nəfər həyatını itirib.
“Associated Press”in məlumatına görə ölənlərin hamısı Hattisberq şəhərinin sakinləridir.
Xilasedicilər və polis axtarış işlərini davam etdirir.
Yerli hakimiyyət ciddi dağıntının qeydə alındığını, əsas avtomobil yollarından birinin bağlandığını bildirib.