Pakistanın Kurram qəbilələr vilayətindəki Paraçinar şəhərindəki meyvə-tərəvəz bazarında törədilmiş partlayış nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb. 90-a yaxın adamın yaralandığı bildirilir.
"Eurasia Diary" xarici KİV-ə istinadən xəbər verir ki.bomba bazardakı tərəvəz konteynerində gizlədilib və insanların gur olan vaxtı partladılıb.
Terrror aktına görə məsuliyyəti Pakistanda fəaliyyət göstərən “Laşkar-e Canqvi” və “Təhrik-e Taliban Pakistan” qruplaşmaları öz üzərinə götürüb.