Yanvarın 22-də ABŞ-ın Corciya ştatında tüğyan edən qasırğa 15 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olub.
Əhaliyə ştat ərazisində qasırğanın olacağı barədə yanvarın 21-də xəbərdarlıq edilib.
Qasırğa nəticəsində Corciya ştatında ölənlərin 7-si müvəqqəti sığınacaqlarda məskunlaşan insanlardır.
Yanvarın 21-də isə qasırğa nəticəsində Missisipi ştatında dörd nəfər həlak olub.
Şiddətli qasırğanın sürətinin saatda 218 kilometr olduğu bildirilir.
* * *
ABŞ-ın Corciya ştatında qasırğa iki nəfərin həyatına son qoyub.
Missisipi ştatında isə 4 nəfər həyatını itirib, daha 4 nəfər isə xəsarət alıb.
Təbii fəlakət ən azı 20 evi dağıdıb.