ABŞ-ın paytaxtı Vaşinqtonda prezident Donald Trampa etiraz edənləri izləyən və polis tərəfindən saxlanılan "Russia Today"-ın müxbiri Aleksandr Rubinstein sərbəst buraxılıb.
Xarici mətbuatın məlumatında bildirilir ki, bununla bağlı RT-in mətbuat xidməti yazılı açıqlama verib. Açıqlamada deyilir: “Əldə olunan məlumata görə, Aleksandr Rubinstein sərbəst buraxılıb, xəbərin təsdiqlənməsini gözləyirik”.
A.Rubinstein isə öz şəxsi “Twitter” hesabında polisin yerə atdığı qazdan sonra keçici korluq və karlıq yaşadığını qeyd edib. O həmçinin əlavə edib ki, jurnalist olmasına baxmayaraq, onu da etirazçılarla birlikdə aparıblar.
ABŞ mətbuatı isə xəbər verir ki, etirazlarda saxlanılan 230 nəfəri 10 ilə qədər həbs və ya 250 min dollara yaxın pul cəzası gözləyir.