ABŞ-ın bəzi ştatlarında tüğyan edən qasırğa, tornado və daşqınlar nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb, biri uşaq olmaqla 3 nəfər isə itkin düşüb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Corciya ştatının qubernatoru Natan Dil təbii fəlakətin daha çox zərər vurduğu bəzi dairələrdə fövqəladə vəziyyət rejimi elan edib.
Missisipi ştatının bir sıra rayonlarında da analoji rejim tətbiq olunub.
Texas, Alabama, Luiziana və Florida ştatları da əlverişsiz hava şəraitinin təsirinə məruz qalıb.
ABŞ Prezidenti Donald Tramp Corciya, Florida və Alabama ştatlarına federal yardım ayıracağına vəd verib.