"Eurasia Diary"nin Dialy Sabah-a istinadən verdiyi məlumata görə, Yaponiya hökumətinin nümayəndələri Türkiyə hökuməti ilə danışıqlar aparıblar.
İki ölkə arasında aparılan danışıqların məqsədi Türkiyə respublikasının 100 illiyi münasibəti ilə Çanakkala 1915 körpüsünün tikilməsi ilə əlaqədərdir.
Yaponiyanın İnfrastruktur, Nəqliyyat və Turizm naziri Türkiyənin baş naziri Binəli Yıldırım və prezident Racib Tayyib Ərdoğan ilə görüşlər keçiriblər.
Yaponiyanın hökumət nümayəndəsi bildirib ki, “Əməkdaşlığımızın əsas səbəbi Türkiyə iqtisadiyyatına güvənimizdir. Buna görə də şirkətlərimiz Türk xalqı üçün əhəmiyyətli olan Çanakkala 1915 körpüsün tikintisində əməkdaşlıq etmək istəyindədir”.
Yaponiyanın gəmi, təyyarə mühərriki və digər texnoloji qurğular istehsal edən şirkətləri Çanakkala 1915 asma körpüsünün tikintisində fəaliyyət göstərməkdə maraqlıdır.
Yunis Abdullayev