ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Reks Tillersonun namizədliyi səsə qoyulub.
Xarici mətbuatın məlumatına görə, əleyhinə 10, lehinə 11 səslə Reks Tillerson ABŞ-ın xarici işlər naziri postuna təsdiqlənib.
Qeyd edək ki, komitədə 11 Respublikaçı, 10 Demokratlar partiyasının üzvü olur.
Onlar partiyanın xəttinə görə səs verirlər.
Komitədəki müzakirlərdə Respublikaçı Marko Rubio Tillersonu Rusiyaya qarşı yumşaq davranmaqda günahlandırmışdı.
64 yaşlı Tillersonun namizədliyi Rubionun etirazını geri çəkməsi nəticəsində təsdiq olunub.