Yanvarın 24-də Apennin yarımadasında qəzaya uğrayan helikopterin bütün sərnişinləri həyatını itirib.
TASS informasiya agentliyi xəbər verir ki, xilasedicilər İtaliyanın mərkəzində qəzaya uğrayan helikopterin yerini müəyyən edə bilib.
Onların məlumatına əsasən, helikopterin göyərtəsində 6 nəfər – iki pilot, həkim, feldşer və iki xilasedici olub.
Qəza çətin keçilən ərazidə baş verdiyi üçün xilasedicilər hadisə yerinə piyada getməli olublar.
Xilasetmə xidmətinin rəhbərliyi helikopterin qar uçqunu altında qalan “Rigopiano di Farindola” otelindəki axtarış əməliyyatlarında iştirak etmədiyini, dağ yolunda xəsarət alan insanlara yardım üçün gəldiyini bildirib.