Hollivudun tanınmış kino aktrisası Meri Tayler Mur 80 yaşında dünyasını dəyişib.
Bu barədə " TMZ" portalı məlumat verib.
Meri Tayler Murun öz evində vəfat etdiyi bildirilir.
Onun ölümünün səbəbi hələ ki, açıqlanmır.
2011-ci ildə aktrisa beyin əməliyyatı keçirmişdi.
Meri Tayler Mur dəfələrlə nüfuzlu “Emmi” və “Qızıl qlobus” mükafatlarına layiq görülüb.
1992-ci ildə aktrisanın adı “Hollivud Məşhurlar Xiyabanı”nda həkk olunub.