Egey dənizində zəlzələ olub.
Türkiyə mətbuatının məlumatına görə, zəlzələ 5 bal gücündə qeydə alınıb. Yeraltı təkanlar yerli vaxtla saat 21:50-də Muğla vilayətinin Datça rayonunda hiss edilib.
Zəlzələ ocağı 8,4 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barəsində hələlik məlumat verilmir.