ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə müavini vəzifəsini icra edir.
Bu barədə Dövlət Departamentinin rəsmi saytı xəbər verir.
Daha əvvəl bu vəzifəni tutan Viktoriya Nullandın istefa verdiyi bildirilib.
Qeyd edək ki, Heffern 2011-2014-cü illərdə ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri olub.
Ermənistandan getdikdən sonra Heffern Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə müavininin köməkçisi vəzifəsini yerinə yetirib.