Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Vaşinqton münasibətlərini yaxşılaşdırmaq məqsədilə ABŞ Prezidenti Donald Trampla görüşmək niyyəti olduğunu bəyan edib.
Bu barədə "Hürriyyət" qəzeti məlumat verir.
Dövlət başçısı qeyd edib:
"Mən cənab Trampla görüşməyi arzulayıram. Danışıqların əsas mövzusu Türkiyə-ABŞ münasibətlərinin qiymətləndirilməsi olacaq. Hazırda bizim strateji əlaqələrimiz yaxşıdırmı?
Xeyr. Biz bu əlaqələri yaxşılaşdırmalıyıq".
Bundan başqa, R.T.Ərdoğan amerikalı həmkarı ilə Fəthullah Gülənin ekstradisiyası məsələsini də müzakirə etmək istədiyini bildirib.