"Eurasia Diary"nin İtar-Tass agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər naziri Fumio Kişida jurnalistlərə müsahibəsində bildirib ki, Rusiya və Yaponiya diplomatları Kuril adaları ilə bağlı birgə iqtisadi fəaliyyəti müzakirə etmək üçün Moskvada görüşəcəklər.
Fumoi Kişida açıqlayıb ki, sülh müqaviləsində müsbət nəticəyə səbəb olmaq üçün hər iki tərəfin nümayəndələri 4 ada ilə bağlı iki tərəfli əlaqələri və birgə iqtisadi fəaliyyəti müzakirə etmək niyyətindədirlər.
Yaponiya nümayəndəliyinə Yaponiya xarici işlər nazirinin müavini Takeo Akiba rəhbərlik edəcək. Rusiya nümayəndəliyinə isə Rusiya xarici işlər nazirinin müavini İqor Morqulov tərəfindən rəhbərlik ediləcək.
Kişida onu da qeyd edib ki, 20-lik ölkələrin xarici işlər nazirlərinin toplandığı iclasda Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə görüşə bilər.
Xatırladaq ki, Rusiya və Yaponiya yarım əsrdən çoxdur ki, Kuril adaları ilə bağlı sülh müqaviləsi imzalamaq üçün danışıqlar aparır. İkinci Dünya müharibəsi bitdikdən sonra Kuril adaları Sovet İttifaqına birləşib. 1956-ci ildə Yaponiya və SSRİ adalar üzərindən baş verə biləcək mübaribənin qarşısına almaq üçün birgə bəyanat imzaladılar.
Yunis Abdullayev