Dünya şöhrətli britaniyalı aktyor Con Hört 77 yaşında vəfat etdi.
Bu barədə "Hollywood Reporter" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, 2015-ci ilin iyununda Hörtə mədəaltı vəzinin xərçəngi diaqnozu təyin edilmişdir.
Qeyd edək ki, Hört 4 dəfə BAFTA mükafatının laureatı və 1 dəfə "Qızıl qlobus" mükafatının laureatı olub.