İspaniya hökuməti yeni qərara imza atıb.
Madriddən sonra turistlərin ən çox axın etdiyi şəhər olan Barselonanın mərkəzində yeni otel açmaq qadağan edilib.
Bu barədə qərarı Barselona bələdiyyə məclisi verib.
Məclis son illərdə şəhərin sürətlə və nəzarətsiz şəkildə böyüdüyünü bildirib və yeni otel açmağa qadağa qoyub.
Yeni plana əsasən şəhər 4 ayrı bölgəyə bölünüb və birinci bölgədə, yəni şəhər mərkəzində yeni otel açmaq qadağan edilməklə yanaşı, fəaliyyət göstərən otellərin də tutumunu artırmağa icazə verilməyəcək.
Şəhərin üçüncü və dördüncü bölgələrində otel açmaq üçün şərtlər asanlaşdırılıb.
Bələdiyyədən verilən xəbərə görə, şəhərdə 924 otel və 0 min 706 ev turistlərə xidmət göstərir.
Bu isə yerli camaatın ziyan çəkməsi ilə nəticələnir. Sakinlər mərkəzi tərk etmək məcburiyyətində qalıb.