"Eurasia Diary"nin BBC-yə istinadən verdiyi məlumata görə, Fransa Sosialist partiyasının namizədi Benoit Hamon ölkədə aprel ayında keçiriləcək prezident seçkisində iştirak edəcək.
Sosialist partiyasında prezident seçkisinə namizədliyini irəli sürmək üçün keçirilmiş seçkinin ikinci raundunda sabiq təhsil naziri Benoit Hamon keçmiş baş naziri Manuel Vallsu məğlub etdi.
Sosialist partiyasının seçkidə yüksək nəticə əldə etməsi gözlənilmir.
Aparılan sorğulara görə, prezident seçkiləri qabağı mühafizəkar Fransua Fillion, ultra-sağçı Marina Le-Pen və mərkəzçi Emmanuel Makron arasında rəqabət gedir.
Yunis Abdullayev