"Eurasia Diary"nin Vestnik Kavkaza istinadən verdiyi məlumata görə, Ağ Evin mətbuat katibi Sien Spiser bildirib ki, İŞİD terror təşkilatına qarşı Vaşninqton və Moskvanın birgə mübarizəsi Rusiyaya qarşı sanksiyaların aradan qalxmasında birinci addım ola bilər.
Cənab Spiser qeyd edib ki, əgər hər iki ölkə İŞİD terror təşkilatını məğlub etmək istəyirsə, mütləq birlikdə mübarizə aparmalıdırlar.
Ağ Evin mətbuat katibi açıqlayıb ki, Rusiya üzürində sanksiyların aradan qalxması ilə bağlı heç bir qərar qəbul edilməyib, lakin ABŞ prezidenti Donald Tramp bu barədə Rusiya rəsmiləri ilə danışıqları davam etdirəcək.
Yunis Abdullayev