ABŞ-da Nümayəndələr Palatasının Florida ştatından olan senatoru Elsey Hastinqs Konqresə İranla bağlı mühüm qətnamə təqdim edib.
Sözügedən qətnamə "İrana qarşı hərbi gücdən istifadəyə icazə" başlığı daşıyır.
Lenta.ru xəbər verir ki, senatorun təklifi artıq Konqresin məlumat bazasına yerləşdirilib.
"İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün lazım gəlsə, ABŞ ordusundan istifadəyə icazə verilsin" — deyə qətnamədə qeyd olunur.